Xəbər lenti
02/09/2026 [10:12]
Neft kəskin bahalaşdı
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəzər rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğı davam etdirilir

Baxılıb: 1116     Tarix: 02-09-2026 12:14   

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Vətən müharibəsi şəhidi Məmmədbəyli Natiq Vahid oğlunun ailəsini ziyarət edib.


Görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolu və Vətən uğrunda göstərdiyi qəhrəmanlıq yad olunub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası naminə canından keçən şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğu vurğulanıb.


Elşən Salahov şəhid ailəsinin üzvləri ilə səmimi söhbət apararaq onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib. Görüşdə şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların qarşılaşdıqları məsələlərin diqqətdə saxlanılması və mümkün problemlərin aidiyyəti qurumlarla birgə həlli istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.


 Bildirilib ki, Azərbaycan dövlətinin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğı sosial siyasətin əsas istiqamətlərindən biridir. Şəhid ailələrinin hər zaman dövlətin diqqət mərkəzində olduğu, onların müraciətlərinə həssaslıqla yanaşıldığı və qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlərin həyata keçirildiyi qeyd olunub.


Şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Onlar şəhidlərin xatirəsinin əziz tutulmasının və ailələrinin daim diqqətdə saxlanılmasının mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını bildiriblər.


Görüşdə bir daha vurğulanıb ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Azərbaycan oğullarının əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək.


Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə mütəmadi görüşlərin keçirilməsi, onların problemlərinin yerindəcə öyrənilməsi və həlli istiqamətində müvafiq addımların atılması dövlətin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi qayğının mühüm göstəricilərindəndir.


Qəni Hüseynov

Qanun və hədəf qəzetinin şöbə müdiri


Vətən müharibəsi şəhidi Məmmədbəyli Natiq Vahid oğlunun əziz xatirəsi ehtiramla yad edilib
Vətən müharibəsi şəhidi Məmmədbəyli Natiq Vahid oğlunun əziz xatirəsi ehtiramla yad edilib
Vətən müharibəsi şəhidi Məmmədbəyli Natiq Vahid oğlunun əziz xatirəsi ehtiramla yad edilib
Vətən müharibəsi şəhidi Məmmədbəyli Natiq Vahid oğlunun əziz xatirəsi ehtiramla yad edilib




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar