Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Qala qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilib

Baxılıb: 101259     Tarix: 03-09-2026 12:42   

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşların müraciətlərinin yerində dinlənilməsi və əhalini narahat edən məsələlərin operativ həlli məqsədilə qəsəbələrdə sakinlərlə səyyar görüşlərin keçirilməsi davam etdirilir.

Sentyabrın 2-də Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Qala qəsəbəsi, 92 saylı tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul keçirib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Qala qəsəbəsi üzrə inzibati ərazi dairəsinin nümayəndəsi, bələdiyyə sədri, həmçinin rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Səyyar qəbul zamanı sakinlərin müraciət və təklifləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Qaldırılan problemlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və mümkün qədər operativ həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçirilən bu cür görüşlər vətəndaşların problemlərinin birbaşa yerində öyrənilməsi, onların həlli istiqamətində çevik tədbirlərin görülməsi və sakinlərlə qarşılıqlı əlaqənin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

   Qəni Hüseynov

Qanun və hədəf qəzetinin şöbə müdiri

Qala qəsəbəsində növbəti səyyar qəbul keçirilmişdir

Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar