Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Elşad Həsənov sakinlərlə görüşdü: səsləndirilən problemlərin həlli üçün konkret tapşırıqlar verildi

Baxılıb: 1015     Tarix: 04-09-2026 11:24   

Prezident İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, Yasamal rayonunda sakinlərlə növbəti səyyar qəbul keçirilib.


Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü Azərbaycan Dövlət Pedaqoji Kollecinin akt zalında təşkil olunub.


Görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon bələdiyyəsinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, eləcə də aidiyyəti dövlət qurumlarının və xidmət təşkilatlarının təmsilçiləri iştirak ediblər.


Qəbul zamanı çıxış edən Elşad Həsənov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ şəkildə həlli dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O qeyd edib ki, hər bir müraciətə həssaslıqla yanaşılması, problemlərin qanunvericiliyin tələblərinə uyğun həlli və vətəndaş məmnunluğunun təmin olunması Yasamal Rayon İcra Hakimiyyətinin fəaliyyətində prioritet təşkil edir.


Daha sonra sakinlərin müraciət və təklifləri dinlənilib. Qəbul zamanı bina həyətlərinin asfaltlanması, qarajların təmiri, söküntü ilə bağlı maddi kompensasiya məbləği, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qurumuş ağacların budanması, əmək mübahisələri, kommunal xidmətlər tərəfindən aparılan qazıntılar, yaşayış binalarında istilik sisteminin bərpası, binaların dam örtüklərinin təmiri, küçələrin işıqlandırılması, sahibsiz itlərlə mübarizə və digər kommunal məsələlərlə bağlı müraciətlər səsləndirilib.


Səsləndirilən müraciətlərin hər biri diqqətlə dinlənilib. Bir sıra məsələlər yerində araşdırılaraq operativ həlli istiqamətində tədbirlər görülüb. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara yönləndirilib.


Elşad Həsənov tərəfindən problemlərin qısa müddətdə həll edilməsi məqsədilə məsul şəxslərə konkret tapşırıqlar verilib, müraciətlərin icra vəziyyətinin nəzarətdə saxlanılması tapşırılıb.


Sonda bildirilib ki, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılması, onların hüquq və mənafelərinin qorunması Yasamal Rayon İcra Hakimiyyətinin fəaliyyətində daim diqqət mərkəzindədir. Nəzarətə götürülmüş məsələlərin həlli istiqamətində görüləcək işlər mütəmadi olaraq izləniləcək.


Rəsmiyyə Davudqızı

 









Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar