Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Birinci Qarabağ müharibəsi şəhidi Yusif Bağırov Buzovna qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub

Baxılıb: 1118     Tarix: 04-09-2026 11:40   

Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhid Bağırov Yusif Aydın oğlunun nəşi ailəsinin istəyinə uyğun olaraq sentyabrın 3-də Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhid Yusif Bağırovun dəfn mərasimi dövlət bayrağının ucalığı, Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə dərin ehtiram və izdihamlı iştirakla müşayiət olunub. Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayon icra hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, qazilər, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və çoxsaylı sakinlər iştirak ediblər.

Dəfn mərasimində şəhidin keçdiyi döyüş yolu, Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi fədakarlıq və Vətən qarşısında misilsiz xidmətləri ehtiramla yad edilib.

Mərasimdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycan xalqının tarix boyu Vətən və torpaq uğrunda mübarizə aparan igid oğullarının qəhrəmanlığından danışıb. O qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı minlərlə Azərbaycan övladı torpaqlarımızın müdafiəsi uğrunda həyatını itirib, onların göstərdiyi şücaət xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq.

Elşən Salahov bildirib ki, şəhidlərin müqəddəs xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycan dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, qətiyyət və siyasi iradə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasını xalqımızın şanlı tarixinin mühüm səhifəsi kimi qiymətləndirib.

RİH başçısı vurğulayıb ki, Azərbaycan xalqı şəhidlərinin fədakarlığını heç zaman unutmur. Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi dövlət və cəmiyyət tərəfindən hər zaman uca tutulur, onların ailələri daim diqqət və qayğı ilə əhatə olunur.

Çıxışın sonunda şəhid Yusif Bağırovun tabutuna bükülmüş Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tərəfindən şəhidin oğluna təqdim olunub. Bu an mərasim iştirakçıları tərəfindən dərin ehtiram və kövrək hisslərlə qarşılanıb.

Milli Məclisin deputatı Soltan Məmmədov da çıxışında şəhidlərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib. Deputat qeyd edib ki, Vətən uğrunda canından keçən qəhrəmanların həyat yolu və göstərdikləri şücaət gələcək nəsillər üçün hər zaman örnək olacaq.

Soltan Məmmədov şəhid ailələrinə göstərilən dövlət qayğısının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, onların problemlərinin diqqətdə saxlanılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib.

Dəfn mərasimində şəhidin ailə üzvləri də çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Ailə üzvləri şəhid Yusif Bağırovun xatirəsinin dövlət səviyyəsində daim yaşadılmasını və onun kimi Vətən uğrunda canından keçən qəhrəmanların unudulmamasını yüksək qiymətləndiriblər.

Mərasim iştirakçıları daha sonra şəhidin məzarı önündə ehtiramlarını bildiriblər. Şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri və əklillər qoyulub.

Beləliklə, Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Yusif Bağırov Aydın oğlunun nəşi doğma Buzovna torpağında, digər şəhidlərin uyuduğu Şəhidlər xiyabanında əbədiyyətə qovuşub.

Şəhidlərin ölməz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Onların Vətən qarşısındakı fədakarlığı və qəhrəmanlığı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi gələcək nəsillərə ötürüləcək.

Qəni Hüseynov

Qanun və hədəf qəzetinin şöbə müdiri

 Birinci Qarabağ müharibəsi şəhidi Yusif Bağırov Buzovna qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib

Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar