Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Aprel şəhidi Murad Məmmədov haqqında sənədli film təqdim olundu

Baxılıb: 580     Tarix: 04-05-2018 16:35   
Nizami Kino evində 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Murad Məmmədovun həyat və döyüş yolundan bəhs edən "Şərəfli ad” sənədli filminin təqdimat mərasimi keçirilib. 
 
 
Qanunvehedef.az-ın məlumatına görə, jurnalist Vüqar Əsgərovun ssenarisi, rejissor Zamin Məmmədovun quruluşu əsasında ekranlaşdırılmış filmin təqdimat mərasimində şəhid Murad Məmmədovun ailə üzvləri, döyüş yoldaşları, Qarabağ savaşının veteranları, media təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər. Film barədə məlumat verən jurnalist V.Əsgərov bildirib ki, sənədli filmin ərsəyə gətirilməsi üçün Sumqayıtda, Hacı Zeynalabdin qəsəbəsində, Biləsuvarda, Cəlilabadda çəkilişlər aparılıb, şəhid haqqında məlumatlar toplanılıb. Şəhidin qardaşı, hərbçi Rahim Məmmədov Muradla fəxr etdiyini, Azərbaycanın qəhrəman oğullarının ruhu qarşısında baş əydiyini bildirib, şəhid qardaşı kimi son damla qanına qədər torpaqlarımızın azad olunması uğrunda döyüşəcəyini bildirib. 
 
Filmdə şəhid anasının çəkdiyi iztirabları, şəhid atasının övlad itkisinin yanğısına rəğmən qürurverici məzmunda çıxışının əhəmiyyəti şübhəsiz ki böyük hissləri oyatmaqla yanaşı, eyni zamanda tariximiz üçün çox ibrətamiz bir anlamda yaşarılıq qazanacaq. Şəhidin döyüş yoldaşlarının dilə gətirdiyi Murad Məmmədovun vətənpərvərlik mövqeyi və konkret olaraq bu mövqedən güc alan döyüş ruhu isə Azərbaycanın qəhrəmanlıq salnaməsinə əvəzsiz töhfələr bəxş edəcək. Filmin təqdimatının sonunda şəhidin atası Vaqif Məmmədov tədbir iştirakçılarına və bu filmin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür etdi. Digər çıxışçılar da filmin əhəmiyyətindən danışaraq onun vətənpərvərlik ruhunun inkişafında xüsusi rol oynacağını qeyd etdilər.
шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar