Xəbər lenti
Arxiv
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Eldar Mahmudovun generalları həbsdən şikayət edir

Baxılıb: 628     Tarix: 07-05-2018 11:46   

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən ilkin şikayət verilib.
 
 
Qanunvehedef.az-ın məlumatına görə, artıq general Sübahir Qurbanov, Teymur Quliyev, polkovnik Füzuli Əliyev məhkəmə hökmündən ilkin şikayət veriblər.
 
Bildirilib ki, təqsirləndirilən şəxslərdən bəzilərinin vəkilləri məhkəmə hökmünün sürətini hələ də ala bilməyiblər. Onlar hökmü alandan sonra geniş şəkildə Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanlayacaqlar.
 
 
Qeyd edək ki, generallardan Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il,  polkovnik Fuzuli Əliyev 14 il, Zaur Məmmədov və Natiq Alıyev 10 il 6 ay, Eşqin Əliyev və Anar Şirəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qadın general Natavan Mirvətovaya isə 5 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
 
Fərhad Atayev və Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
 
Bundan başqa DTX-ın qaldırdığı 1 milyon iddia təmin edilib.
 
Generallarım hərbi rütbəsinin alınması ilə bağlı prezidentə təqdimat göndərilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar