Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Zaqatalada evlər sel suları altında qaldı, körpü uçdu - FOTO

Baxılıb: 638     Tarix: 12-05-2018 16:58   

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür, aramsız yağış yağır, havanın temperaturu 13 dərəcə aşağı düşüb.
 
Qanunvehedef.az “ARB Şəki”yə istinadən xəbər verir ki, İsmayıllıdan sonra Zaqatalada da güclü yağışlar selə səbəb olub, bir sıra fəsadlar törədib.
 
Tala çayında suyun səviyyəsinin qalxması nəticəsində Yolayrıc, Höytala, Böhtala kəndlərində həyatyanı sahələri su basıb. Böhtala və Höytala kəndlərini birləşdirən, ötən əsrin 80-cı illərində inşa edilən dəmir konstruksiyalı körpünün bir hissəsi uçub.
 
Kənd sakinlərinin sözlərinə görə, 50-dən çox evi su basıb. Xeyli heyvan və quş tələf olub.
 
Külək və yağış nəticəsində ağac budaqları və elektrik naqilləri də qırılıb. Axşam saatlarına yaxın Zaqatala Paylayıcı Elektrik şəbəkəsində yüksək gərginlikli yağ açarını ildırım vurub. Nəticədə rayon mərkəzinə və ətraf kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
 
Gecə saatlarından başlayaraq, Zaqatala rayon FHN Komissiyasının üzvləri və müvafiq qurumlar gücləndirilmiş iş rejimində leysan yağışlarının və sel sularının fəsadlarının aradan qaldırılması istiqamətində iş aparır.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar