Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yeni nazirdən daha bir təyinat

Baxılıb: 723     Tarix: 14-05-2018 13:23   
Kənd Təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi qurumun Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna (TETİ) baş çəkib.
Report-a daxil olan məlumata görə, o, institut yeni inzibati binasına və laboratoriyalarına, İsrailin “Breedit” şirkətinin layihəsi əsasında TETİ-də 6.14 ha ərazidə qurulan müasir istixana və 30 ha açıq sahə şəraitində beynəlxalq tələblərə uyğun olaraq tikilməkdə olan tərəvəz toxum istehsalı ərazilərinə baxış keçirib.
TETİ-nin alim və mütəxəssisləri ilə görüşən nazir onlara tapşırıq və tövsiyyələrini verib. O, bildirib ki, institutların tədqiqatları ölkənin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir.
Bundan sonra institutun direktoru Ələddin Eyvazov nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar