Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Səhiyyə Nazirliyindən qızılca və suçiçəyi ilə bağlı VACİB AÇIQLAMA

Baxılıb: 957     Tarix: 25-04-2018 10:10   
 Hazırda Azərbaycanda uşaqlar arsında suçiçəyi xəstəliyinə yoluxmada artım müşahidə edilmir.
Bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, suçiçəyi xəstəliyinə yoluxma tək-tək hallarda qeydə alınır:
"Bizə daxil olan məlumatlar da onu göstərir ki, hazırda ölkədə suçiçəyinın yayılması problemi yoxdur. Bununla bağlı vəziyyət tam sabitdir. Xəstəlik adi, mövsümü qaydada qeydə alınır və artım müşahidə edilmir".
A.Əliyeva qeyd edib ki, ölkədə qızılca xəstəliyinə yoluxma isə ümumiyyətlə, qeydə alınmır:
"2013-cü ilin iyul ayından sonra Azərbaycanda qızılcaya yoluxan şübhəli bir xəstə qeydə alınmayıb. Azərbaycanda qızılca, məxmərək tam eliminasiya (ləğv edilmə) olunub. Azərbaycanda yerli yoluxma hadisələri qeydə alınmır. Eyni zamanda, gətirilmə hal da yoxdur. Hazırda vəziyyət tam sabitdir, bir hadisə belə yoxdur".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar