Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanda boş qalan yüksək vəzifələr - SİYAHI

Baxılıb: 551     Tarix: 18-05-2018 15:30   

Prezident İlham Əliyevin ötən gün Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovu vəzifəsindən azad etməsi ilə boş qalan yüksək vəzifələr sırasına daha biri əlavə olundu.
Buna qədər təyinat aparılmayan vəzifələrdən biri Bakı şəhər İcra Hakimiyyətinin başçısı postudur. Daha əvvəl həmin vəzifəni icra edən Hacıbala Abutalıbov Prezidentin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Baş nazirin müavini təyin edilib.
Prezident yanında Ali Attestasiya Komissiyasının sabiq sədri Arif Mehdiyevin ölümündən sonra onun yerinə təyinat olmayıb. Bildirək ki, Komissiyanın sabiq sədri, akademik Arif Mehdiyev 2016-cı il dekabrın 19-da vəfat edib.
Həmçinin Lənkəran Dövlət Universitetinin rektoru, Azərbaycan Texniki Universitetinin rektoru, Təhsil İnstitutunun direktoru və Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının rəisi vəzifələrinə də hələlik təyinat yoxdur.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar