Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Politoloq: Azərbaycan ordusu Paşinyana mesaj yollamalıdır

Baxılıb: 542     Tarix: 21-05-2018 10:54   

"Naxçıvan istqamətində uzun müddət şəhid verməmişdik".
Qanunvehedef.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvana səfər edərək Ermənistanın ünvanına xəbərdaredici açıqlama verib geri qayıtdıqdan sonra Naxçıvanda şəhid verdik: "Bu təsadüfi deyil. Görünür, İlham Əliyevin Naxçıvandakı açıqlamasına bu şəkildə "reaksiya" verdilər. Özü də bu o zaman baş verdi ki, İlham Əliyevdən sonra Ermənistanın güc nazirləri Naxçıvanla sərhəddə baxış həyata keçirdilər. Demək təxribatı əvvəlcədən planlaşdırıblar".
E. Şahinoğlu hesab edir ki, bu, Ermənistanın yeni hakimiyyətindən Azərbaycana verilən ilk "mesaj" idi: "Doğrudur, cavabını dərhal aldılar, ancaq bu cavab birə-bir olmamalıdır, vaxtilə müdafiə naziri Zakir Həsənovun dediyi kimi bir şəhidimizin qarşılığında onlarla düşmən hərbçisi neytrallaşdırılmalıdır. Növbə bizimdir. Bu dəfə Azərbaycan ordusu cəbhə bölgəsindən Nikol Paşinyana mesaj yollamalıdır".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar