Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Nazir bayram günü işçiləri mükafatlandırdı - Foto

Baxılıb: 613     Tarix: 23-05-2018 14:59   
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi bu gün peşə bayramını qeyd edir.
Nazirlikdən Qanunvehedef.az-a verilən məlumata görə, ETNS əməkdaşları bayramlarını Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə güllər düzülüb. Daha sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.
Peşə bayramı ilə əlaqədar tədbirlər Suraxanı rayonu ərazisində beton yolun kənarındakı yaşıllıq zonasında davam etdirilib.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev peşə bayramı münasibətilə nazirliyin kollektivini təbrik edib. Nazir dövlət başçısının ekologiya sahəsində çalışanların əməyinə yüksək qiymət verdiyini, onların təltif edilməsini, fəxri adlara layiq görülməsini Azərbaycan dövlətinin ekologiya işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirib.
Ətraf mühitin mühafizə edilməsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən ekoloqlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif ediliblər.




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar