Xəbər lenti
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Dövlət Komitəsi: Boşanmaların kökündə maddiyyat dayanmır

Baxılıb: 579     Tarix: 23-05-2018 15:54   

Komitəmizə ən çox müraciətlər alimentlərlə bağlıdır.
Qanunvehedef.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil edilən “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda ictimai müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova səsləndirib.
O qeyd edib ki, neçə illərdir bu istiqamətdə addımlar atılsa da, aliment problemi hələ də ciddi problem olaraq qalmaqdadır:
“Bizə edilən müraciətlərin ön sırasında aliment problemi gəlir. Çünki boşanmalardan sonra bir çox atalar aliment verməkdən yayınır, boyun qaçırırlar. Bununla yanaşı, bizə ən çox edilən müracətlərdən biri də ailə-məişət zorakılığı ilə bağlıdır.
Hələ də bölgələrimizdə ailə-məişət zorakılığından əziyyət çəkən insanlarımız var və bunlar azlıq təşkil etmir. Mən heç də o fikirlə razılaşmıram ki, ailədaxili konfliktlərin, zorakılıqların, boşanmaların kökündə maddiyyat, iqtisadi məsələr dayanır. Bu, belə deyil. Burada daha çox mənəvi faktorlar özünü göstərir”.



{sape_links}{sape_article}