Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Siyavuş Novruzov: Qız qaçırmaq adam oğurluğu deyil

Baxılıb: 591     Tarix: 23-05-2018 15:58   

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov evlənmək məqsədilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib.
Qanunvehedef.az-ın məlumatına görə, MM-də keçirilən ictimai dinləmələrdə S.Novruzov bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil:
“Bir var tamah məqsədilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar