Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyənin gömrük maşını sərhəddə raketlə vuruldu

Baxılıb: 556     Tarix: 02-03-2020 11:57   

Türkiyə-İran sərhədində partlayış olub.
Qanunvehedef.az xəbər verir ki, “Gürbulaq” sərhət-keçid məntəqəsinə 3 kilometr məsafədə yerləşən TIR parkı yaxınlığında Gürbulaq Gömrük İdarəsinə aid avtomobil raket zərbəsi ilə vurulub.
Hadisə zamanı bir neçə insanın xəsarət aldığı bildirilir. Eyni zamanda, hadisə ilə əlaqədar sərhəd qapısına gedən yol təhlükəsizlik səbəbi ilə bağlanıb.
Bölgəyə çoxlu sayda təcili tibbi yardım maşını, yanğınsöndürən və polis cəlb edilib.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu hadisənin PKK terrorçuları tərəfindən törədildiyini deyib.
“Terrorçular təqib edilib, sıxışdırılıb. Hazırda atışma davam edir”, - nazir bildirib.



{sape_links}{sape_article}