Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ-dan Ərdoğan-Putin razılaşmasına reaksiya

Baxılıb: 689     Tarix: 06-03-2020 14:08   

İdliblə bağlı Türkiyə və Rusiya arasında əldə edilən atəşkəs razılaşmasını dəstəkləyirik.
Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
“Ümid edirik ki, İdlibdəki təhlükəli vəziyyət aradan qalxacaq. Eyni zamanda, Əsəd rejimi, Rusiya, İran və Hizbullah qüvvələri tərəfindən mülki əhalinin yaşadığı bölgələrə edilən hücumlar nəticəsində yaranan qorxunc humanitar böhran həllini tapacaq. İndi isə ən vacib məsələ Əsəd rejimi və tərəfdarlarının bu razılaşmaya sadiq qalıb-qalmamasıdır. Bunun da zamanla şahidi olacağıq”, - bəynatda bildirilib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında İdlib böhranı ilə bağlı görüş keçirilib və atəşkəslə bağlı razılığa gəliblər. Razılaşmanın detalları bir həftə müddətində hazırlanacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar