Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

"Ən kiçik hücuma daha ciddi cavab verəcəyik"-Ərdoğan

Baxılıb: 506     Tarix: 11-03-2020 14:24   

"İdlibdə apardığımız əməliyyat qətiyyətimizin ifadəsidir".
Qanunvehedef.az-ın məlumatına görə bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, partiyasının parlamentin yığıncağında çıxışı zamanı deyib.
Prezident Ərdoğan "Türkiyənin İdlibdə bir ay ərzində icra etdiyi əməliyyatlar və başlatdığı "Bahar Qalxanı Hərəkatı", sərhədlərimiz üçün olan təhdidlərin qarşısını almaq məqsədi daşıyır" deyib.
Prezident Ərdoğan İdlibdə atəşkəslə əlaqədar bunları söyləyib:
"Rejimin və onunla birgə işləyən məzhəbçi qüvvələrin atəşkəs rejiminə nə qədər riayət edəcəyi bilinmir. Artıq kiçik atəşkəs pozuntusu qeydə alınıb. Biz Rusiya ilə əldə etdiyimiz razılaşmaya uyğun olaraq bu xəbərləri bölüşürük və tədbirlər alınmasını gözləyirik."
"Buradakı (Suriyadakı müşahidə nöqtələri) ən kiçik hücuma nəinki cavab verməyəcəyik, hətta daha ciddi cavab verəcəyik" deyə prezident Ərdoğan, bunları əlavə etdi: 
"Biz rejimi və onu dəstəkləyən qüvvələri yaxından izləyirik. Digər tərəf eyni həssaslıq göstərsə, həmişə verdiyimiz vədlərə sadiq qalacağıq, lakin qarşımızdakı qüvvələr sözlərini tutmasa, əvvəlkindən daha ağır şəkildə cavab verməkdən çəkinməyəcəyik."
 шаблоны для dle 11.2