Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Rusiya bu ölkəni işğala hazırlaşır - Feyqin

Baxılıb: 616     Tarix: 12-03-2020 10:31   

Kremlin hazırda prioriteti Rusiya-Belarus İttifaq dövləti yaratmaqdır. Bu məsələ həll edildikdən sonra Ukrayna Rusiyanın 1 nömrəli hədəfinə çevriləcək.
Qanunvehedef.az xəbər verir ki, bunu rusiyalı hüquq müdafiəçisi Mark Feyqin deyib. O, həmçinin Belarusun hərbi işğalı imkanlarını da istisna etməyib. Onun sözlərinə görə, Putin hələlik Lukaşenkonu iki dövləti könüllü şəkildə birləşdirməyə razı salmağa cəhd edir:
“Bu məsələ demək olar ki, hər gün müzakirə edilir. Moskvanın mövqeyi bəllidir. Moskva həmçinin ittifaq dövlətində hər iki ölkənin vətəndaşları tərəfindən seçilən prezident üsul-idarəsini tətbiq etmək istəyir. Aydındır ki, bu vəzifəyə Putini gətirmək istəyirlər”.
O, Belarusun işğalının Rusiya üçün çətin olmadığını deyib:
“Belarus prezidentinə buna razılıq verilməsi üçün güc tətbiqi variantları da müzakirə oluna bilər. Lukaşenko hələlik müqavimət göstərir. Hərbi variant istisna edilmir. Unutmayaq ki, Belarusda Rusiya hərbi bazaları var, sərhədlər isə Rusiya-Belarus hərbi hissələri tərəfindən mühafizə olunur. Bunun üçün Belarusu işğal etmək Rusiya üçün elə də çətin vəziyyət yaratmayacaq”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar