Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rusiyadan İdlib AÇIQLAMASI

Baxılıb: 640     Tarix: 13-03-2020 10:43   

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə və Rusiyanın razılaşdığı İdlibdə atəşkəs qərarına əməl olunduğunu açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, Rusiyada koronavirus tədbirləri çərçivəsində həftəlik mətbuat konfransını boş otaqda keçirən Zaxarova, videozəng və telefon vasitəsilə jurnalistlərin suallarını cavablandırıb.Zaxarova Suriyanın İdlib bölgəsindəki son vəziyyətlə əlaqədar da danışıb. O bildirib ki, bu yaxınlarda İdlibdə təhlükəli gərginlik aradan qaldırılıb. Bu, Rusiya və Türkiyə liderlərinin 5 Martda Moskvada keçirilən görüşündə əldə edilən razılaşma sayəsində mümkün olub.
17 sentyabr 2018-ci il tarixində Moskvada hazırlanan protokolun Soçi razılaşmasına əlavə olaraq imzalandığına diqqət çəkən Zaxarova, "Bu razılaşma İdlib bölgəsindəki qarşıdurmaları martın 6-dan etibarən dayandırıb" deyib.
Eyni zamanda Zaxarova, atəşkəs rejiminə ümumiyyətlə əməl olunduğunu yüksək dəyərləndirib. 
Zaharova razılaşmalara riayət olunmasını təmin etmək üçün Türkiyə və Rusiya Müdafiə nazirlikləri arasında əməkdaşlığın davam etdiyinə diqqəti çəkərək, "Bunun İdlibdə davamlı sabitliyin təmin edilməsinə, humanitar vəziyyətin yaxşılaşmasına, yurdundan didərgin edilmiş şəxslərin yerlərinə dönməsinə kömək edəcək" deyə danışıb.
Zaxarova Rusiya və Türkiyə arasında 2019-cu ildə imzalanan memorandum sayəsində, Suriyanın şimal-şərqində də ümumi olaraq vəziyyətin sabit olduğunu vurğulayıb.
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər