Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Avstriyada küçəyə çıxanlar 2 000 avro cərimələnəcək

Baxılıb: 690     Tarix: 16-03-2020 10:31   

Avstriyada küçəyə çıxmaq qadağan edilib.
“Report” “Ukrinform”a istinadən xəbər verir ki, ölkədə bu gündən etibarən gündəlik ziyarət üçün vacib olmayan bütün iaşə obyektləri bağlanılır.
Bayıra yalnız təxirəsalınmaz peşəkar işlərlə əlaqadar, məhsul dalınca ya da aptekə getmək üçün, yaxud başqalarına yardım etmək üçün çıxmaq olar.
Küçəyə çıxıb gəzmək istəyənlər isə ya yalnız, ya da mənzil yoldaşı ilə gəzməlidir.
Bildirilib ki, bazar ertəsindən başlayaraq Avstriya polisi buna nəzarət etməyə başlayacaq. Bu gündən etibarən qaydanı pozanlar 2 180 avroyadək cərimələnə bilər. İdman və ya oyun meydançalarından istifadə edənlərə 3 600 avro məbləğində cərimə tətbiq edilə bilər.
Qeyd edək ki, Avstriyada indiyədək koronavirusa 860 yoluxma faktı qeydə alınıb. Virus nəticəsində 1 nəfər ölüb, 6 nəfər sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 148 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına 169 400 nəfər yoluxub. Bunların 77 260 nəfəri sağalıb, 6 515 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.шаблоны для dle 11.2