Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycanlıların olduğu düşərgə karantinə alındı

Baxılıb: 839     Tarix: 28-03-2020 15:28   

Almaniyanın Saksonya-Anhalt əyalətinin Halberstadt şəhərində sığınacaq almaq üçün ölkəyə gəlmiş 850 nəfərin qaldığı düşərgə karantinə alınıb.
Qanunvehedef.az xəbər verir ki, Halberstadt Polis Təşkilatından Report-a 27 yaşlı şəxsin Halle şəhərindəki yataqxanaya köçürülən zaman koronavirus testi verdiyi və nəticəsinin pozitiv çıxdığı bildirilib. Bundan sonra Halberstadt bələdiyyəsi və şəhər səhiyyə təşkilatı 3 binadan ibarət olan və 850 sığınacaqaxtaranın qaldığı düşərgəni karantin altına alıb.
“Səhər polis əməkdaşları gəlib bütün giriş-çıxışları bağladılar. Daha sonra düşərgə işçilərinə xüsusi geyimlər paylanıldı. Az sonra məlum oldu ki, transfer edilən bir nəfərdə koronavirus tapılıb. Bu səbəbdən qaldığımız düşərgə karantin altına alınıb”, - deyə düşərgədə qalan azərbaycanlılardan biri bildirib.
Onun sözlərinə görə, qaçqın düşərgəsində ondan başqa daha 18 azərbaycanlı var: “Onlardan altısı Azərbaycana deportasiya ediləcəkdi. Koronavirusa görə Almaniya bütün deportasiyaları təxirə saldı”.
Halberstadt Şəhər Səhiyyə İdarəsi isə düşərgə işçilərinin də koronavirusa yoluxa biləcəyini düşünür. Bu səbəbdən işçilər hissə-hissə virus testi üçün şəhər xəstəxanasına aparılacaqlar.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar