Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İran ABŞ-ı sağlamlıq terrorunda İTTİHAM ETDİ

Baxılıb: 736     Tarix: 30-03-2020 10:29   

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Vaşinqton rəhbərliyini ölkəsinin iqtisadiyyat və səhiyyə sahələrinə terror tətbiq etməkdə ittiham edib.
Qanunvehedef.az xəbər verir ki, Zərif Tvitter hesabında etdiyi paylaşımda "Koronavirusun yeni növü (Kovid-19) yayılanda ABŞ təxribat və cinayət hadisələrində irəliləyərək iranlılara qarşı iqtisadi və sağlamlıq terroru tətbiq etməyə başlayıb" deyə ifadələr işlədib.
Vaşinqton administrasiyasının bu təcrübəsinə, hətta döyüş meydanında belə icazə verilməyəcəyini vurğulayan Cavad Zərif beynəlxalq birliyə müraciət edib.
Zərif, "Müharibə cinayətlərinə kömək etməyi, ABŞ-ın qanunsuz və əxlaqdan kənar sanksiyalarına inanmağı dayandırın" ifadələri ilə çağırış edib.
Çindən dünyaya yayılan Kovid-19, İranda ilk olaraq 19 fevralda Qum şəhərində tapılıb və daha sonra ölkənin hər yerinə yayılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2