Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ABŞ İrana qarşı tibbi terrorizm tətbiq edir – Zərif

Baxılıb: 612     Tarix: 30-03-2020 13:11   

Koronavirus şəraitində ABŞ-ın tətbiq etdiyi sanksiyalar tibbi terrorizmdir.
Qanunvehedef.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, İran güclü səhiyyə sisteminə sahibdir:
"Amma ABŞ-ın İranın maliyyə mənbələrini qanunsuz blokada altına alması, tibbi qurğular və dərmanlara çatmaq imkanlarımızı yox edir. Bu, humanitar fəlakətə gətirib çıxarır. İran zəngin faydalı qazıntılar, o cümlədən neft və qaz ehtiyatlarına sahib ölkə olsa da, Amerika sanksiyaları ucbatından maliyyə mənbələrindən məhrumdur. Anti-İran sanksiyaları İran hakimiyyətinin tibbi qurğular və dərmanlar almaq imkanlarını məhdudlaşdırır. Bank və maliyyə sektorlarına məhdudiyyətlər, İranın humanitar məqsədlər üçün mal alışına zərbə vurur. Avropa şirkətləri ABŞ təhdidləri ucbatından İrana tibbi mallar satmırlar. ABŞ bununla İrana qarşı iqtisadi və tibbi terrorizm tətbiq edir”.

Qanunvehedef.az



{sape_links}{sape_article}