Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ABŞ-da bir gündə koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Baxılıb: 645     Tarix: 31-03-2020 08:59   

ABŞ-da koronavirusun səbəb olduğu xəstəlikdən ölümlərin sayı ilk dəfə gün ərzində 500-ü ötüb.
"Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan CNN teleşirkəti bildirib.
Teleşirkətin hesablamalarına görə, ABŞ-da təkcə bazar ertəsi koronavirusdan 502 ölüm qeydə alınıb. Bu ölkə üzrə bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir. CNN bildirib ki, ABŞ-da ölüm hallarının ümumi sayı 2 931 nəfərə qədər artıb.
Ölkədə həmçinin federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa 160 mindən çox yoluxma aşkarlanıb, 2 978 insan ölüb. Ölkədə 5 644 xəstə sağalıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar