Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ÇİN DÜNYAYA YALAN MƏLUMAT VERİB - Uhanda əslində 42 min adam ölübmüş

Baxılıb: 592     Tarix: 31-03-2020 14:33   

Çində koronavirusdan ölənlərin rəsmi sayının gerçəyi əks etdirmədiyi iddia olunur. “Report” “Euronews”a istinadən xəbər verir ki, bunu Pekin mərkəzli “Caixin” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, Uhanda koronavirus qurbanlarının nəşi yandırıldıqdan sonra külü doldurulan qabların sayı həddidən artıq çoxdur.
Rəsmi məlumata görə, Uhanda 3 300-ə yaxın insanın pandemiyanın qurbanı olmasına baxmayaraq, qəzet son həftələrdə şəhərə 6 500 ədəd kül qabının gətirildiyini yazıb.
Bundan başqa, qəzet krematiriyaların qarşısında yaxınlarının külünü götürmək üçün gələn insanlardan ibarət 200 metr uzunluğunda sıranın olduğunu da vurğulayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 788 000-ü ötüb. Bunların 166 424 nəfəri sağalıb, 37 877 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Başqa mənbələr də koronavirus epidemiyasının başlanğıc nöqtəsi və episentri hesab olunan Çinin Uhan şəhərinin sakinləri ölüm sayılarının dövlət rəsmilərinin açıqladığının qat-qat üzərinə olduğunu bildiriblər.
Böyük Britaniyanın “Daily Mirror” qəzetinin məlumatına görə,  adlarının çəkilməsini istəməyən Uhan sakinləri  onlara koronavirusun əslində 40 mindən çox insanın canını aldığını deyib. Halbuki Çinin rəsmi rəqəmlərinə görə, COVİD-19 virusundan şəhərdə 3,3 min vətəndaş vəfat edib, 81 min şəxsdə isə yoluxma aşkar olunub.
Uhanda yaşayanlar isə hər gün koronavirusdan ölənlərin küllərinin saxlandığı 500 urna (kül qabı) onların ailələrinə verilib. Yəni hər 24 saat 3500 yandırılımış cəsəd külü ölənlərin ailələrinə çatıb.
Şəhərin Hankou, Uçan və Hanyan səmtlərində hakim orqanlar vəfat edənlərin yaxınlarına hələ bu ilin aprel ayının 5-nə qədər belə urnalar ala biləcəkləri barədə xəbərdarlıq ediblər. Qeyd olunur ki, həmin tarix Çində “Sin Min” bayramı hesab olunur və o gün çinlilər mütləq ölən yaxınlarının qəbirlərini ziyarət edirlər.
Beləliklə, aprel ayının 5-nə qədər daha 42 min cəsəd külü doğmalarına çatdırılmalıdır.
Məlum olduğu üzrə Çin Milli səhiyyə komissiyası ölkədə koronavirusun yayılmasının qarşısının alındığını açıqlayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2