Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İspaniyada daha 849 nəfər koronavirusun qurbanı oldu

Baxılıb: 683     Tarix: 31-03-2020 14:45   

İspaniyada COVID-19-dan ölənlərin sayı 8 189 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, son bir gündə 849 nəfər koronavirusdan ölüb.
Eyni zamanda ölkədə infeksiyaya yoluxanların sayının 94 417 nəfərə çatdığı bildirilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 789 800-ü ötüb. Bunların 166 730 nəfəri sağalıb, 38 101 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar