Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ-da koronavirusdan ölənlərin sayı 6 mini keçdi

Baxılıb: 625     Tarix: 03-04-2020 09:59   

ABŞ-da koronavirusdan 6 053 nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı Cons Xopkins Universiteti yayıb.
Bildirilib ki, virusa yoluxanların sayı isə 245 500-ə çatıb. İnfeksiyanın ən çox qurbanı Nyu-Yorkda olub – 1 562 nəfər.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 016 000-i ötüb. Bunların 213 131 nəfəri sağalıb, 53 237 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar