Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu, Rusiya üçün katastrofik ssenari olmazdı - Dyukov

Baxılıb: 782     Tarix: 14-04-2020 10:32   

“OPEK+”un neft hasilatının ixtisarı ilə bağlı razılaşması hazırkı bazar şəraitində önəmlidir.
Qanunvehedef.az xəbər verir ki, bunu “Kommersant”a müsahibəsində “Qazpromneft”in rəhbəri Aleksandr Dyukov deyib.
“Müqavilə vacib idi. Neftə tələbatın kəskin azalması şəraitində müşahidə edirik ki, yeganə effektiv strategiya ümumi hasilatın idarəolunan şəkildə, razılaşdırılmış formada azaldılmasıdır. Əgər razılaşma əldə olunmasaydı belə bu, Rusiya neft sənayesi üçün katastrofik ssenari olmazdı. Dayanıqlığı təmin etmək üçün bizim kifayət qədər ehtiyatımız var. Biz və Yaxın Şərqdəki istehsalçılar tələbatın azalması və anbarların çatışmaması ucbatından hasilatı azaltmaq məcburiyyətində idik. Bununla belə istənilən halda biz bu böhrandan digər istehsalçılardan fərqli olaraq kiçik itkilərlə çıxa bilərdik”, – deyə o bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2