Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Kim Çen İnin sağlamlığı barədə Cənubi Koreyadan AÇIQLAMA

Baxılıb: 985     Tarix: 04-05-2020 11:58   

Gübrə fabrikinin açılış mərasimində iştirak edərək "öldü" iddialarının qarşısını alan Şimali Koreya prezidenti Kim Çen İnin sağlamlıq vəziyyəti ilə bağlı yeni bir iddia ortaya atılıb.
Qanunvehedef.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya Dövlət Rəhbərliyindən (Mavi Ev) adının verilməsini istəməyən yüksək vəzifəli bir məmur Şimali Koreya prezidenti Kim Çen İnin heç bir əməliyyat və ya tibbi müdaxilə keçirmədiyini iddia edib. Səlahiyyətli şəxs açıqladığı məlumatlar üçün heç bir mənbə verməyib.
İddialardan sonra Kim Çen İnin fotoşəkilləri və videoları ölkənin paytaxtı Pxenyanda gübrə fabrikini açarkən yayımlanıb.
Kimin görünüşü onun haqqında fərziyyələrə son qoysa da, bəzi şərhçilər Kimin yerişində qəribəlik olduğunu deyiblər.
ABŞ prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen İna qarşı "Öldü" iddialarına son qoyan fotolarının yayımlanmasına münasibət bildirib.
"Xüsusilə geri döndüyünü və yaxşı olduğunu görməkdən məmnunam" deyən Tramp mövzu ilə bağlı tvitterdə yazıb.
Qeyd edək ki, son həftələrdə Şimali Koreya lideri Kim Çen İnin səhhətinin pisləşdiyi və daha sonra öldüyü barədə şayiələr yayılmışdı.





{sape_links}{sape_article}