Xəbər lenti
26/10/2026 [12:58]
Sabah 21° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Kreml Ermənistan hakimiyyətini "SATDI"

Baxılıb: 736     Tarix: 25-04-2018 17:09   
 "Kreml əvvəlki kimi Ermənistandakı vəziyyəti izləməyə davam edir və ümid edir ki, tərəflər yaxın vaxtlarda razılığa gələ biləcək".
Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Mənə əvvəl deyilmiş sözlərə heç nə əlavə etmək istəmirəm. Əvvəlki kimi hesab edirik ki, bu, Ermənistanın daxili işidir və ümid edirik ki, erməni dostlarımız vəziyyəti nizama sala, yaxın zamanlarda razılığa gələ biləcəklər. Biz vəziyyəti çox diqqətlə izləməyə davam edirik", - Peskov deyib.
Qeyd edək ki, bu gün kütləvi etiraz aksiyaları yenidən başlayıb. Buna səbəb Nikol Paşinyanın Ermənistanın baş nazir vəzifəsinin müvəqqəti icraçısı Karen Karapetyanla planlaşdırılan görüşünün ləğv edilməsi olub.
publika.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar