Xəbər lenti
26/10/2026 [12:58]
Sabah 21° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar

Baxılıb: 944     Tarix: 26-10-2026 11:20   

“Bakıda “Sabah” və “Qarabağ” komandalarının rəqabətli qarşılaşmada xalları bölüşməsi Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdi”.

Qanunvehedef.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino “Instagram” hesabında yazıb.

O bildirib ki, Misli Premyer Liqasının IX turunda baş tutan qarşılaşmanı izləməkdən məmnunluq hissi keçirib: “Oyunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA-nın prezidenti Rövşən Nəcəf, FIFA Şurasının üzvü və Cibuti Futbol Assosiasiyasının prezidenti Süleyman Hassan Vaberi, FIFA Şurasının üzvləri - Yohanna Vud və Rodolfo Vilyalobos, eləcə də “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov və digər şəxslərlə birlikdə izləmək məni xoşbəxt etdi.

Belə möhtəşəm atmosfer yaratdıqları üçün hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm. Bu, futbolun insanları bir araya gətirdiyini və sevinc bəxş etdiyini sübut edir”.










Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar