Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ermənistanda nazir istefa verdi və etiraz aksiyasına qoşuldu

Baxılıb: 704     Tarix: 25-04-2018 19:02   
 Ermənistanın idman və gənclər nazirinin vəzifələrini icra edən Qraçya Rostomyan istefa verib. Virtualaz.org "Azatutyun" radiosuna istinadən xəbər verir ki, bunu nazirin mətbuat katibi Asthik Martirosyan bildirib.
"Anın taleyüklü olduğunu və hər bir Ermənistan vətəndaşının dövlət qarşısında məsuliyyətini anlayaraq, mən idman və gənclər naziri vəzifəsindən istefa verirəm", - Rostomyanın bəyanatında deyilir.
O həmçinin əlavə edib ki, "Çiçəklənən Ermənistan" partiyasının tərəfdarı olaraq, partiyanın liderinin ümumxalq səfərbərliyi çağırışını dəstəkləyir və şəxsən küçə etirazlarına qoşulur.
"Bütün idmançıları və idman dünyasının təmsilçilərini inandırıram ki, bu gün Ermənistan bayrağının Respublika meydanında xalqımızın başı üzərində dalğalanmasının zamanı yetişib. Hakim Respublikaçı Partiyasından və "Daşnaksütun"dan olan həmkarlarımı tərəddüd etmədən xalqa qoşulmağa və onun tələblərinə əməl etməyə çağırıram. Hazırda vətənimiz üçün dinc çıxış yolu tapmaqdan başqa vacib iş yoxdur", - Rostomyan deyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar