Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ermənistanın “silah baronu” saxlanılıb

Baxılıb: 607     Tarix: 01-02-2021 11:52   

Ermənistanın Mili Təhlükəsizlik Xidməti “Patron Davo” ləqəbli iş adamı David Qalstyanı saxlayıb.
Report“ “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı qurumun Mətbuat xidməti yayıb.
Bildirilib ki, o, Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız mərmi tədarük etməkdə ittiham olunur. Məlumata görə, “Patron Davo”nun şirkəti nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal olunan eyni təyinatlı hərbi texnika satıb.
İnformasiyaya əsasən, “silah baronu” sayılan David Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub.
Qeyd edək ki, bir müddət əvvəl MTX David Qalstyan barəsində cinayət işi başladığına dair məlumat yayılmışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar