Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qaz sərfi rekorda yüksəldi, qiymət qalxdı

Baxılıb: 506     Tarix: 02-02-2021 10:40   
Avropanın yeraltı anbarlarından qaz götürülməsi 2021-ci ilin yanvarında 25,48 milyard kub metrə çatıb.
Qanunvehedef.az xəbər verir ki, bununla da 2017-ci il rekordu (24,177 milyard kub metr) yenilənib. Məlumata görə, yanvarın sonunda Avropanın yeraltı qaz anbarları 51,6% doldurulub ki, bu da son beş ildə qeydə alınan orta göstəricidən (53,83%) azdır.
Qazın Avropada çox sərf edilməsinə səbəb havanın temperaturu olub. Belə ki, Avropada havanın temperaturu ötən ilin dekabr-yanvar ayları ilə müqayisədə 2,5-4 dərəcə aşağı olub.
Qaza tələbatın yüksəlməsi yanvarın əvvəlində qiyməti dekabrla müqayisədə 202 dollardan 257 dollara yüksəldib. Ayın ortasında isə qiymət 335 dollara çatıb.
Fevralın ilk günü isə qiymət 227 dollar təşkil edib.шаблоны для dle 11.2