Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dünyanın gözlədiyi an: Bayden xarici siyasətini elan etdi

Baxılıb: 451     Tarix: 05-02-2021 10:25   
ABŞ artıq Rusiyanın aqressiv fəaliyyətləri qarşısında geri çəkilməyəcək.
Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentində özünün xarici siyasət istiqamətlərinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
“Biz heç bir tərəddüd etmən Rusiya üçün xərcləri artıracağıq. Özümüzün həyati vacib maraqlarımızı və insanlarımızı qoruyacağıq”, – deyə o bildirib.
Amerika geri döndü
Bayden onun prezidentliyi dönəmində ABŞ-ın xarici siyasətinin Tramp dövründən fərqlənəcəyini deyib. O, ABŞ-ın özünütəcriddən imtina edəcəyini, xaricdə demokratikləşmə cəhdlərini artıracağını bildirib:
“Mən istərdim ki, bu gün bütün dünya növbəti siqnalı eşitsin: Amerika geri dönüb! Diplomatiya bizim xarici siyasətimizin mərkəzinə dönüb”.
Bayden ABŞ-ın digər ölkələrlə ittifaqlarını və alyanslarını böyük nailiyyət olaraq gördüyünü söyləyib:
“Diplomatiya bizim əsas müttəfiqlərimiz və tərəfdaşlarımızla çiyin-çiyinə durmaq mənasına gəlir. Biz itirilməkdə olan etibarlılığımızı və mənəvi nüfuzumuzu bərpa etmək niyyətindəyik. Amerika hakimiyyəti artıq özünün beynəlxalq əlaqələrini bərpa etməyə və ölkəni dünyada lider mövqeyinə qaytarmağa başlayıb”.
Bazalar nəzərdən keçiriləcək
Bayden çıxışı zamanı həmçinin ABŞ-ın xaricdəki hərbi bazaları məsələsinə də toxunub:
“Müdafiə naziri bizim qüvvələrimizin qlobal dislokasiyasının yenidən nəzərdən keçirilməsinə rəhbərlik edəcək ki, ABŞ-ın hərbi mövcudluğu bizim xarici siyasət prioritetlərimizə və milli təhlükəsizlik maraqlarımıza cavab versin”.
Yəmən savaşına dəstək dayandı
ABŞ Prezidenti Almaniyadan qoşunların çıxarılmasının dayandırılacağını vurğulayıb.
O, Yəmən böhranı məsələsində ərəb koalisiyasına verdiyi dəstəyi dayandıracağını da təkrar edib. Bayden Yəməndəki savaşın humanitar və strateji fəlakətə səbəb olduğunu və bu müharibənin bitirilməsi gərəkdiyini söyləyib.
Bununla belə ABŞ lideri Vaşinqtonun Səudiyyə Ərəbistanını İran qüvvələrindən müdafiə etmək üçün köməkliyini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Bayden çıxışı zamanı bir sıra böyük problemlərə diqqət yetirməyib. Bunlar sırasında İran nüvə məsələsi, Koreya yarımadasının nüvəsizləşdirilməsi, Fələstin-İsrail konflikti, Suriya və Əfqanıstandakı situasiyalar yer alıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar