Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Navalnının “vicdan məhbusu” statusu geri alındı – Nifrət çıxışlarına görə

Baxılıb: 520     Tarix: 24-02-2021 12:29   

“Amnesty International” hüquq-müdafiə təşkilatının Rusiyalı müxalifətçi Aleksey Navalnının “vicdan məhbusu” statusunu geri aldığı bildirilir. Səbəb kimi onun fikirlərindəki nifrət çıxışı, zorakılıq və ayrıseçkiliyin təbliği göstərilir. 
Qurumun Rusiya və Avrasiya üzrə media meneceri Aleksandr Artemyev fevralın 23-də “Mediazona” portalına bu qərarı təsdiqləyib. Bu haqda ilk dəfə ABŞ-dan jurnalist Aaron Meyt yazıb.
Təşkilat Navalnını yanvarda Moskvada saxlanandan sonra vicdan məhbusu elan edib. Artemyev yazıb ki, qurum köhnə videolarda və sosial media postlarında Navalnının ziddiyyətli açıqlamalarına dair yeni informasiya yayılandan sonra bu adı geri almaq qərarına gəlib.
Navalnının 2000-ci illərin ortalarında səsləndirdiyi fikirlərə istinad olunmur. Amma Artemyev deyib ki, həmin fikirlər Navalnının fəaliyyətinin qızışdığı, Prezident Vladimir Putinə meydan oxumağa başladığı dönəmdə səsləndirilib. Onların yenidən yayılması “görünür, Navalnının işinin legitimliyini azaltmaq, onun saxlanmasına ictimai qəzəbi zəiflətməkdir”, – o vurğulayıb.
Artemyev deyib ki, təşkilat Navalnının bəzi fikirlərinin nifrət çıxışı səviyyəsinə yüksəldiyini müəyyənləşdirib, amma yenə də fəalın “dərhal azad olunmasına, Rusiya hakimiyyətinin onun siyasi motivlərlə təqibinə son qoymasına çağırır. Bu haqda “Current Time” yazır.
44 yaşlı Navalnı yanvarın 17-də Berlindən Moskvaya qayıdarkən saxlanıb. O, avqustda Sibirdə zəhərlənəndən sonra Almaniyada müalicə olunurdu. Özü zəhərlənməsinə görə Putini və Rusiya kəşfiyyatını ittiham edir. Kreml isə iddiaları rədd edir. (azadliq.org)

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar