Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ermənistanda hərbi qiyam? Ordu Nikolun istefasını tələb etdi

Baxılıb: 702     Tarix: 25-02-2021 12:37   

Ermənistan ordusunun Baş Qərargahı Baş nazir Nikol Paşinyanın stefasını tələb edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “SputnikErmənistan” məlumat yayıb.
Bəyanatı Baş Qərargahın rəisi Onik Qasparyan, onun bütün müavinləri, idarə rəisləri, o cümlədən iri hərbi birliklərin komandirləri imzalayıb.
Bəyanatda qeyd edilir ki, Baş Qərargah əsassız və hədəfi olmayan qərarlara, o cümlədən Baş Qərargah rəisinin müavininin işdən azad edilməsinə etiraz edir.
Hərbçilər bildirib ki, Tiran Xaçatryanın vəzifədən azad edilməsi milli və dövlət maraqlarına görə deyil, sırf şəxsi ambisiyalarla əlaqədardır.
“Bu qərar antidövlət və məsuliyyətsiz addımdır”, - bəyanatda bildirilib.
Bəyanat müəllifləri baş nazirin və hökumətin mövcud krizis vəziyyətində adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını elan edib:
“Silahlı Qüvvələr uzun müddət hazırkı hakimiyyətin orduya qarşı fəaliyyətinə dözümlü yanaşdı, ancaq hər şeyin həddi var. SQ öz borcunu ləyaqətlə yerinə yetirib, xalqla birgə düşmənlə üzbəüz vuruşub. Hazırkı hakimiyyətin effektsiz idarəetməsi və xarici siyasətdə uğursuzluğu ölkəni məhvə aparır”
Bəyanatı ordunun 40-dan çox yüksək çinli zabiti imzalayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar