Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

15 milyardlıq layihə: Rusiya və Çin izləniləcək

Baxılıb: 401     Tarix: 28-02-2021 10:04   

ABŞ-la Kanada Rusiya və Çinin hərbi mövcudluğuna qarşı çıxmaq üçün Arktika bölgəsində müdafiə peyk şəbəkəsini və müşahidə sistemini yeniləyəcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.
Nəşrin məlumatına əsasən, ABŞ Prezidenti Co Bayden Kanada Baş naziri Castin Trudodan Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) modernləşdirilməsi üçün xərcləri artırmağı istəyib.
Nəşr qeyd edib ki, Soyuq müharibə dövründə NORAD SSRİ-ni əhatə etmə strategiyasında mühüm rol oynayıb. Vaxt keçdikcə nəzarət sistemi köhnəlib.
NORAD komandanlığının keçmiş siyasi məsləhətçisi Mişel Davson bildirib ki, müasir Rusiya və Çin raketlərinin əvvəlki modellərə nisbətən səs sürəti beşqat artıqdır və uzun məsafələrə uçma qabiliyyətinə sahibdir. Buna görə Arktika sistemi onları izləyə bilmir.
Manitoba Universitetinin mütəxəssislərindən birinin proqnozuna əsasən, modernləşdirmə layihəsi ölkələrə təxminən 15 milyard dollara başa gələ bilər. Kanada altı milyard dollar ödəməli olacaq.шаблоны для dle 11.2