Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Netanyahu İsrail gəmisində partlayışa görə İranı günahlandırıb

Baxılıb: 689     Tarix: 01-03-2021 10:54   

İsrailin Baş naziri Benyamin Netanyahu Oman körfəzində ölkəsinə məxsus gəmidə törədilmiş partlayışa görə İranı günahlandırıb.
APA-nın xəbərinə görə, bu barədə Baş nazir “Kan” teleradio kompaniyasının efirində bildirib.
“Bu, həqiqətən də İranın əməlidir. Bu, məlumdur”, - deyə B. Netanyahu qeyd edib.
O, İranı İsrailin ən böyük düşməni adlandırıb.
İsrailin bu zərbəyə qarşılıq verəcəyinə dair sualı cavablandıran B. Netanyahu vurğulayıb ki, ölkəsi İranın nüvə potensialını inkişaf etdirməsinin qarşısını almaq əzmindədir.
“Biz İrana bütün regionda zərbə vururuq”, - deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, ötən həftənin cümə günü İsrail kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Oman körfəzində İsrailə məxsus gəmidə partlayış törədilib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar