Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Çin donanması ABŞ-ı "taxtdan saldı"

Baxılıb: 619     Tarix: 08-03-2021 12:27   

2020-ci ilin sonunda Çin ən çox hərbi gəmiyə sahib olan ABŞ-ı "taxtdan salıb". Çin 360 döyüş gəmisinin gücü ilə dünyanın ən böyük donanmasına sahib ölkəyə çevrilib.
ABŞ Hərbi Dəniz Kəşfiyyatı Bürosu (ONI) tərəfindən ölkələrin dəniz döyüş gücü ilə əlaqədar hazırlanan son hesabatında, Çin donanmasının dünyanın ən böyük hərbi dəniz qüvvəsinə sahib olduğu qeyd edilib, Çinin 360 döyüş gəmisinə sahib olduğu və son iyirmi ildə üç dəfə artdığı açıqlanıb.
Hesabatda həmçinin, Çin donanmasının yaxın 4 ildə gəmi sayını 400-ə çatdırmağı hədəflədiyi də qeyd olunub. ONI hesabatında deyilir ki, Çin Xalq Respublikası tərəfindən müasir hərbi gəmilər, sualtı qayıqlar, təyyarə daşıyıcıları, döyüş təyyarələri, amfibi hücum gəmiləri, ballistik nüvə mərmisi sualtı qayıqları, böyük sahil mühafizəçiləri və qütb buzqıranları 'həyəcan verici' bir sürətlə inşa edilməkdədir.
ABŞ isə hazırda 297 döyüş gəmisi ilə dünyanın ən çox hərbi gəmilərinə sahib ikinci ölkədir.

Qanunvehedef.azшаблоны для dle 11.2