Gürcü Arzusu öz-özünü məhv edir - Mühüm plan
Baxılıb: 517 Tarix: 08-03-2021 13:27
Gürcü Arzusu Partiyasının idarəetməsinə nə müxalifət, nə də Qərb son qoyacaq. Bunu bir ildən çoxdur ciddi qarşıdurmanın getdiyi hakim komandanın özü edəcək. Qaxariyanın gedişi və onların yeni komanda hazırlaması, Berya İvanişvilinin baş nazirlə və güc strukturları ilə səs yazısı bir-birinə qarşı ictimai təzyiq üçün yalnız aysberqin görünən hissəsidir.
Qanunvehedef.az xəbər verir ki, bu iddia ilə məşhur gürcüstanlı ekspert Yeqor Kuroptev öz Feysbuk səhifəsində çıxış edib.
“Müxalifətin indiki görünüşü ilə bu prosesdən qalib kimi çıxacağını da gözləməyə dəyməz, ona görə ki, hakim komandanın destruktiv fəaliyyətləri müxalifətin etdiklərindən daha effektivdir. Əgər Gürcü Arzusu xalqın müəyyən etdiyi sərhədi keçməsə, Gürcüstanda hakim partiyanın parçalanması və müxalifətdəki məntiqli dəyişikliklər sayəsində ciddi proseslər görəcəyik. İvanişvilinin özü Gürcü Arzusunun dağılması, Vahid Milli Hərəkatın yekun olaraq zəifləməsi, siyasi landşaftı onu həbsə salmaq istəməyən mötədil qüvvələrin tutmasında maraqlıdır. Bunda həmçinin müxalifətin bir hissəsi də maraqlıdır. Bu, Vahid Milli Hərəkatı dəstəkləməyən və Gürcü Arzusundan yorulan cəmiyyətin bir hissəsini, eləcə də Gürcüstanda özbaşınalıqdan bezən Qərbi də qane edir.
Bu gün məhz bu konstruksiya nəzərdən keçirilir. Suallar çoxdur. Gürcü Arzusunun qocamanları hakimiyyətə sarılırlar, çünki bu onlar üçün mövcudluq məsələsidir. Onlar elə şey edə bilərlər ki, küçədən başqa heç bir çıxış yolu qalmaz. Bu da bütün ssenariləri və planları dağıda bilər”, – deyə o bildirib.
Ən çox oxunanlar
Son xəbərlər