Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ukrayna 600 min qüvvə ilə iki istiqamətdən hücum edəcək

Baxılıb: 628     Tarix: 10-03-2021 14:25   

Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı qələbədən sonra Ukraynanın şərqindəki rusiyameyilli separatçıların təşvişə düşdüyü məlumdur. Buna səbəb Ukrayna ordusunun da Azərbaycanın təcrübəsindən və döyüş taktikasından istifadə edərək Donbas üzərində nəzarəti bərpa etməyə hazırlaşdığı haqda xəbərlərdir.
Qanunvehedef.az Virtualaz.org-a istinadən xəbər verir ki, son günlər belə xəbərlərin intensivliyi artıb. Eləcə də təmas xətti boyu ağır silahların və tankların da tətbiqi ilə tez-tez atışmalar qeydə alınır. Ukrayna ordusunun təmas xəttinə ağır silahlar və hərbi birləşmələr cəmləşdirdiyi haqda faktlar var, hücum əməliyyatının yaz aylarında başlayacağı deyilir. Separatçıları təşvişə salan həm də budur ki, Ukrayna ordusu da Qarabağda döyüş əməliyyatlarının gedişinə ciddi təsir edən “Bayraqdar TB2” döyüş pilotsuz təyyarələri ilə silahlanıb.
Hərbi ekspert Aleksey Leonkov hesab edir ki, Ukrayna Silahlı Qüvvələri hücuma ciddi hazırlaşıb və Donbas separatçılarının (“DNR” və “LNR”) Qarabağdan fərqli olaraq 44 gün müqavimət göstərmək imkanı olmayacaq.
Ekspert rusdilli KİV-lərə açıqlamasında bildirib ki, Ukrayna ordusunun hücum potensialı yüksək səviyyədədir. Çünki son illərdə ABŞ və NATO-nun rəhbərliyi altında ciddi hazırlıq keçib. Vaşinqton Ukrayna ordusunun 4 briqadasının təlim-döyüş hazırlığına və təchizatına 250 milyon dollar sərf edib. Habelə pilotsuz döyüş təyyarələri ilə silahlanıb.
Qarabağ müharibəsində özünün saxta xəbərləri ilə ad çıxaran "WarGonzo" Teleqram kanalının aparıcısı Semyon Peqov isə iddia edir ki, Ukrayna ordusunun hücumu iki istiqamətdən başlayacaq. Bunlar Qorlovka və Novoazovsk istiqamətləridir. “Strateq” Peqov hesablayır ki, birinci istiqamətdən irəliləyən Ukrayna qüvvələri Luqansk və Donetsk arasında strateji əhəmiyyətli yolu kəsəcəklər, ikinci istiqamətdən isə maksimal tezliklə Rusiya ilə dövlət sərhədinə çıxacaqlar.
Qondarma “Luqansk xalq respublikası”ından jurnalist və siyasətçi Rodion Miroşnik isə “Vladimir Solovyovla axşam” proqramında deyib ki, Luqansk və Donetsk yeni hərbi eskalasiyada Rusiyanın köməyinə müraciət etməli olacaqlar. Çünki onların Ukrayna ordusuna qarşı dayanmaq gücü yoxdur. Separatçıların nümayəndəsi qeyd edib ki, Ukrayna ordusunun şəxsi heyəti rəsmən 240 mindir, amma Arsen Avakovun sərəncamında 340 minə qədər qüvvə var və beləliklə, Donbasa 600 minlik qüvvə hücuma keçəcək. Ona görə də “Donetsk və Luqansk xalq respublikaları” hökmən Rusiyanın köməyinə müraciət edəcəklər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər