Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ institutu sorğu keçirdi: Nikol liderdir!

Baxılıb: 582     Tarix: 11-03-2021 13:34   

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda sorğu keçirib. Sorğuda iştirak edənlərdən “Bu bazar seçki olsa, kimə səs verərdiniz” soruşublar.
Qanunvehedef.az Musavat.com-a istinadən xəbər verir ki, sorğuda iştirak edənlərin 42%-i sualı “heç kimə səs vermərəm” şəklində cavablandırıb.
33% Nikol Paşinyanın rəhbərlik etdiyi Mənim Addımım Partiyasına səs verəcəyini deyib.
3%-i Qagik Çarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyasına, 2%-i Robert Köçəryana, 1%-i Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasına, 1%-i Daşnaksütyun Partiyasına, 1%-i Vazgen Manukyanın ətrafında birləşən və 17 müxalifət partiyasının yaratdığı siyası bloka, 1%-dən azı Edmon Marukyanın rəhbərlik etdiyi İşıqlı Ermənistan Partiyasına səs verəcəyini deyib. Sorğu iştirakçılarının 12%-i isə “Bilmirəm” cavabını verib.
Qeyd edək ki, 2 il əvvəl - 9 dekabr 2018-ci ildə Ermənistanda keçirlən sonuncu parlament seçkilərdə Paşinyanın Mənim Addımım Partiyası 70,4%, Çarukyanın Çiçəklənən Ermənistan Partiyası 8,3%, Marukyanın İşıqlı Ermənistan Partiyasına 6,4%, Sərkisyanın Respublikaçılar Partiyası isə 4,7% səs toplamışdı.шаблоны для dle 11.2