Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ-la Çinin Alyaskada dialoqu duelə çevrildi

Baxılıb: 544     Tarix: 19-03-2021 10:13   

ABŞ və Çin nümayəndə heyətləri arasında görüş gərgin keçib.
Qanunvehedef.az xəbər verir ki, görüş başlayan zaman ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonun Honkonq və uyğur məsələlərində Çini ittiham etməyini dayandırmayacağını bildirib.
Bundan sonra çıxış edən Çin xarici işlər naziri Van Yi isə ABŞ-ı hərbi və maliyyə gücünü digər dövlətlərə sərt güc tətbiq etmək üçün istifadə etdiyini bildirib. ABŞ-da qaradərililərə qarşı irqçiliyi xatırladan Yi bu ölkədə ciddi insan haqları problemi olduğunu vurğulayıb.
ABŞ Dövlət katibi Entoni Blinken isə öz növbəsində Çini qlobal stabilliyi təhdid etməkdə ittiham edib.
Tərəflər arasında gərginliyə başqa səbəb ABŞ tərəfinin Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Çzeçinin çıxışı zamanı medianı iclas zalından kənara çıxarması olub. Çinlilər bunun haqsızlıq olduğunu qeyd ediblər.
Çin Mərkəzi Televiziyası isə yaşananlara görə ABŞ-ı protokol qaydalarını pozmaqda və hörmətsizlikdə ittiham edib. Televiziya Çin nümayəndə heyətinin Alyaskaya ən səmimi niyyətlərlə ABŞ-la strateji dialoq aparmaq üçün getdiyini bildirib.
Qeyd edək ki, Alyaskada ABŞ Dövlət katibi Entoni Blinken, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Çin xarici işlər naziri Van Yi, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Çzeçi arasında görüş baş tutub.шаблоны для dle 11.2