Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABŞ Suriyaya böyük sayda hərbi texnika yeridib - İraq ərazisindən

Baxılıb: 441     Tarix: 21-03-2021 08:46   

Suriyada dislokasya olunmuş ABŞ ordusu İraq ərazisindən yerini «Əl-Valid» (Hasake əyaləti) qeyri-qanuni sərhəd keçidindən dəyişmiş yeni texnika dəstəsini ölkənin şimal-şərq hissəsinə yerləşdirib.
Bu barədə martın 19-da Suriyanın «SANA» dövlət informasiya agentliyi yerli mənbələrə istinadla xəbər verib.
Məlumata görə, ABŞ dəstəsinin tərkibinə 40 ədəd yük maşını və bir neçə müşayiətedici zirehli texnika daxil olub. Agentliyin mənbələri təsdiqləyirlər ki, dəstə İraqdan silah, sursat, material-texniki vasitə və refrijator konteynerlərini ABŞ-ın «Xarab əl-Cir» aeroportu yaxınlığındakı hərbi bəzasına daşıyıb.
2021-ci ildə bu, ilk hadisə deyil. Belə ki, ABŞ kontingenti bundan əvvəl də bölgədə nəhəng «konvoy»lar təşkil edərək, şəxsi heyəti və yükləri İraqdan Suriyadakı dayaq məntəqələrinə və əksinə daşıyıb.
İŞİD-lə mübarizə üzrə ABŞ-ın başçılıq etdiyi koalisiya ötən ay Suriyanın şimalında yeni hərbi bazanın tikintisinə başlayıb («Hadath» telekanalı). Kanalın məlumatına görə, yeni baza Suriyanın Türkiyə və İraqla sərhədinin bilavasitə yaxınlığındakı rayonda yerləşəcək. Göstərilir ki, yeni hərbi obyektin tikintisi Ayn-Davar yaşayış məntəqəsinin (Hasake əyaləti) yaxınlığında aparılır. Fevralın ortalarında bu rayona Amerika koalisiyasının 50 yük maşınından ibarət avtomobil dəstəsi göndərilib («Əl Nadath»). Dəstə İraq ərazisindən yola düşüb.
ABŞ SQ ötən ilin sentyabr ayından başlayaraq, Suriyanın şimal-şərqində öz bazalarını möhkəmlədir və oraya İraqdan əlavə zirehli texnika və hərbi yük tullayır. «Suriya demokratik qüvvələri»nin döyüşçüləri tərəfindən nəzarət olunan rayonlara (Suriyanın şərqi) bütün son həftələr yeni ağır texnika və örtülü yük maşınları gəlir.
Bölgədən verilən başqa məlumatda isə deyilir ki, Rusiyanın Suriyadakı ordu qruplaşması bu ölkənin şimal-şərqinə əlavə qüvvələr tullayır. Göstərilir ki, Rusiya Qamışlı rayonunda özünün hərbi iştirakını artırır. Ərazi qeyri-rəsmi olaraq, «Suriya Kürdüstanı»nın paytaxtı hesab olunur. Rusiya hərbi qüvvələrinin şəxsi heyəti bu rayonda (Qamışlı aeroportu) dislokasiya olunub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar