Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rus ekspert: Yunanlar ala bilər, türklər yox?

Baxılıb: 496     Tarix: 21-03-2021 09:54   

Baydenin hakimiyyətə gəlişi ilə ABŞ-ın xarici siyasəti nifrət və təkəbbür üzərində qurulmağa başlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Nikolay Kostikin ABŞ-ın Ankaradakı səfiri Devid Sutterfildin S-400 böhranı ilə bağlı açıqlamasını şərh edərkən deyib.
O qeyd edib ki, Putin haqqında "kovboy" bəyanatlar bunun sübutudur:
"Hazırda Rusiya müttəfiqlərinə və tərəfdaşlarına çox böyük təzyiqlər göstərir. Ona görə də təbii ki, onlar da Rusiya ilə konstruktiv münasibətləri olan Türkiyəyə təzyiq göstərirlər. Çünki əslində, türklərin aldıqları S-400-lərin imkanları faktiki olaraq ona bütün ölkəni əhatə etməyə imkan vermir. ABŞ-ın yanaşmasında prinsip sezilir. Amma eyni zamanda Türkiyə də prinsip irəli sürür ki, öz ərazisi var. Çünki əgər onlar indi təslim olsalar, bu, türklərin ABŞ-a itaət etməsi anlamına gələcək".
Ekspert qeyd edib ki, Yunanıstanın analoji sistemi (S-300-lər nəzərdə tutulur - red.) olmasına baxmayaraq, ABŞ Türkiyəni müstəqil addım atdığı üçün cəzalandırmaq cəhdləri edir:
"Yunanıstanın Rusiyanın hava hücumundan müdafiə sistemlərinə sahib olmaq hüququ var, Türkiyənin isə yoxdur? Beləliklə, onlar Türkiyəni müstəqil fəaliyyət hüququndan məhrum etməyə və zorla Rusiyaya qarşı mövqe tutmağa məcbur etməyə çalışırlar.
Ancaq Rusiya ilə Türkiyənin yaxın ticarət, iqtisadi və humanitar əlaqələri var. Buna görə S-400-lər son deyil".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər