Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Erməni nazir Putini təhqir etdi: Bu quduz it...

Baxılıb: 584     Tarix: 21-03-2021 10:15   

ABŞ-Rusiya gərginləşməsindən Ukrayna da zərər görə bilər.
Qanunvehedef.az-ın məlumatına görə, bu sözləri Ukrayna daxili işlər naziri Arsen Avakov deyib.
Baydenin sözlərini şərh edən Avakov bildirib ki, Ukrayna hələ 2014-cü ildə Putinin qatil olub-olmamasını özü üçün dəqiqləşdirib.
Avakov Donbasdakı müharibədə 13 mindən çox insanın həyatını itirdiyini xatırladıb və bildirib ki, bu, yalnız BMT-nin rəsmi məlumatlarında qeyd edilir, lakin həqiqi rəqəmlər daha qorxuludur:
"Putin dəstələrini ora (Ukraynanın şərqinə - red.) gətirməsəydi, onlar ölməzdilər”.
Avakov Putin və Bayden arasında başlayan qalmaqalın yeni bir soyuq müharibəyə çevrilə biləcəyinə inanır:
"Bunun Ukrayna üçün onsuz da böyük, "isti" bir müharibə ilə nəticələnəcəyi istisna deyil. Bu oyunda Putin dəyişmiş şüuru ilə növbəti avantüranı reallaşdıra bilər. Bu avantüra Ukraynaya baha başa gələ bilər".
Nazir Putinin Baydenə verdiyi cavabda nüvə potensialını yenidən xatırladığına diqqət çəkib:
"Qərb mədəniyyətinin bir standartı var - həyata hörmət. Bunu Putində hiss etmirəm. Bu, dəhşətlidir... Bu quduz itin Ukraynaya soxulmasının qarşısını necə alacağımızı düşünməliyik".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar