Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Fasilədən sonra oyunumuz alınmadı" - Canni De Byazi

Baxılıb: 366     Tarix: 28-03-2021 09:36   

“Portuqaliya oyunu ilə müqayisədə bu gün 10 yeni oyunçuya şans verdim. İlk
hissə yaxşı çıxış etdik, ancaq fasilədən sonra zəif oynadıq".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər seçməsinə 1:2 hesabı ilə uduzduqları beynəlxalq yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, rəqib fiziki cəhətdən güclü komandadır: "Bəzi oyunçular inkişaf etməlidir. Meydana buraxdığım yeni futbolçulardan çıxışı ilk hissədə məni qane etdi. Ancaq dediyim kimi, fasilədən sonra oyunumuz alınmadı. Beynəlxlaq səviyyəli oyunlar futbolçular üçün çətin olur. Yeni oyunçuların nəyə qadir olduqları məhz belə oyunlarda üzə çıxır. Onlar bu oyun tempinə hazır olmalıdırlar. Heç vaxt futbolçularımdan geriyə ötürmə edərək oynamalarını istəməmişəm".
65 yaşlı baş məşqçinin sözlərinə görə rəqibin pressinqinin qarşısını məharətlə alıblar: "Təəssüf ki, boşluqlardan istifadə edə bilmədik. İkinci hissədə fiziki cəhətdən geri qaldığımız göründü".

Qanunvehedef.azшаблоны для dle 11.2