Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

ABŞ "Şimal axını - 2" qaz kəmərinə qarşı sanksiyaları genişləndirəcək

Baxılıb: 476     Tarix: 29-03-2021 09:14   

Vaşinqton “Şimal axını – 2” qaz kəmərinin inşasında iştirak edən şirkətlərə qarşı sanksiyaları sərtləşdirəcək. APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken “CNN”-ə verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, Amerikada hələ də bu layihənin “pis fikir” olduğu qənaətindədirlər.
“Bizim üçün vacib olan birbaşa yaxın tərəfdaşımız Almaniyaya bu barədə danışmaq imkanımızın olmasıdır”, - Blinken belə deyib.
Rusiya ilə münasibətlərdən danışan Amerika diplomatiyasının rəhbəri Moskvaya qarşı da yeni sanksiyaların tətbiq olunacağını vurğulayıb.
“Biz “SolarWinds” vasitəsi ilə həyata keçirilən kiberhücumların, ABŞ-da seçkilərə müdaxilənin, Aleksey Navalnının öldürülməsi üçün kimyəvi silahdan istifadənin nəzərdən keçirilməsinin tamamlanması mərhələsindəyik. Bunun bir qiyməti və bədəli olacaq”, - deyə dövlət katibi qeyd edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar