Moskvaya ağır zərbə: Hindistan imtina etdi
Baxılıb: 679 Tarix: 23-04-2018 14:19
Hindistan Rusiya ilə birgə S-57 təyyarələrinin əsasında yeni, beşinci nəsil təyyarələri hazırlamaqdan imtina edib.
Qanunvehedef.az xəbər verir ki, artıq Hindistan Müdafiə naziri Sancayte Mitru bu barədə Moskvanı məlumatlandırıb. Rəsmi Dehlinin 11 illik proqramdan imtinasına səbəb texniki və maliyyə məsələləri olub. Bununla belə Hindistanın Rusiyanın öz istehsalı olan S-57 təyyarələrindən hələlik imtina etmədiyi vurğulanıb.
Dehli hesab edir ki, Moskvanın onlara təqdim etdiyi layihə əsasında hazırlanan təyyarələr tam “gözəgörünməz” ola bilmir. Həmçinin, rus təyyarələrinin radar və sensorlarının beşinci nəsil qırıcıların standartlarına cavab vermədiyi vurğulanıb.
Qeyd edək ki, Hindistanla Rusiya 2007-ci ildən etibarən birgə beşinci nəsil qırıcı hazırlamağa başlayıblar. Bu təyyarə Su-57 təyyarəsinin əsasında yaradılacaqdı.

Ən çox oxunanlar
Son xəbərlər